Əfsanəvi türk futbolçu "Neftçi"yə baş məşqçi gətirilir? - VİDEO

 16:49 18.06.2023     485

Türkiyə futbolunun əfsanəsi Sərgən Yalçın Azərbaycana gəlir.

Redaktor.az xəbər verir ki, bu barədə türkiyəli idman jurnalisti Levent Ümit Erol “Tvitter” hesabında məlumat yayıb.

O bildirib ki, 50 yaşlı mütəxəssis “Neftçi” ilə danışıqlar aparacaq:

"Sərgən Yalçın özəl dəvətlə Azərbaycan gedir. "Neftçi" ilə masaya oturacaq".

Həmkarımızın sözlərinə görə, Laurentsiu Regekampfı istefaya göndərməyə hazırlaşan "ağ-qaralar"ın Sergenlə ilk danışığı müsbət olub.

Tanınmış məşqçinin bu həftənin cümə axşamı günü "Neftçi" ilə müzakirələri davam etdirmək üçün Bakıya gələcəyi iddia olunur.

Məşqçilik karyerasına 2013-cü ildə başlayan Sərgən “Qaziantepspor”, “Sivasspor”, “Kayserispor”, “Eskişehirspor”, “Konyaspor”, “Alanyaspor”, “Yeni Malatyaspor” və ”Beşiktaş”da çalışıb.

O, İstanbul təmsilçisi ilə Türkiyə çempionu olub və ölkə kubokunun qalibi olub. Təqribən ilyarımdır işsizdir.

2021-ci ilin dekabrında ”Beşiktaş”dan istifadəyə göndərilən çalışdırıcı hazırda "Fənərbağça"nın baş məşqçi postuna da namizədlərdən biridir.
Saytımız bu xəbərlə bağlı kiçik araşdırma aparıb.

SOCAR-a yaxın mənbələrdən redaksiyamıza daxil olan informasiyaya görə, rəhbərlik həqiqətən rumıniyalının ”Neftçi”dən istifadəyə göndərmək istəyir. Bununla bağlı müxtəlif səviyyələrdə müzakirələr də aparılıb.

Klubun idarəçiləri artıq bu məsələ ilə əlaqəli birbaşa məşğul olmur. SOCAR mənsubları bu səlahiyyəti özlərinə qaytarıb.

Yəni, komandanın sükanı arxasında kim əyləşəcəksə, o, neft şirkəti tərəfindən seçiləcək.

Sərgən Yalçının namizədliyinə gəlincə, bəli, onunla ilk təmas baş verib. Amma yalnız sabiq ”Beşiktaş”lı ilə deyil.

SOCAR təmsilçiləri daha iki tanınmış məşqçi ilə görüşlər keçirir. Onlardan biri türkiyəli, digəri avropalıdır.SPORTİNFO.AZ