Sərgən Yalçın "Neftçi" ilə anlaşdı - Türkiyə mətbuatı
Adı "Fənərbağça" ilə də hallanan türkiyəli məşqçi Sərgən Yalçın Bakının "Neftçi" klubu ilə danışıqlarda razılıq əldə edilib.
Redaktor.az xəbər verir ki, bu barədə "sondakika.com" məlumat yayıb.
Məlumatda qeyd edilir ki, 2 gün sonra möhtəşəm rəsmi imza mərasimi baş tutacaq.
Sergen Yalçınla rəsmi müqavilə imzalandıqdan sonra Bakının “Neftçi” klubu təcrübəli məqçinin şərəfinə möhtəşəm mərasim keçirəcək.
Məlumatda o bildiri lir ki, Türkiyədən öz məşqçilər korpusu ilə Bakıya gəlməyə hazırlaşan Sərgən Yalçının “Neftçi”dəki illik maaşı 1 milyon avro (25,8 milyon tl) olacaq. Onunla 2 illik müqavilə imzalanacağı gözlənilir. Sərgənin köməkçilərinin də məvacibi kifayət qədər yüksək olacaq.
Maraq üçün qeyd edək ki, 2021-ci ildə “Beşiktaş”la Türkiyə çempionu olan Yalçının İstanbul təmsilçisindəki illik məvacibi 6 milyon TL olub.
Tunar Altunbay