Fransa Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsində polis reyd keçirdi

 14:33 20.06.2023     356

Fransa polisi 2024-cü ildə Parisdə təşkil olunacaq Yay Olimpiya Oyunlarının Sen-Deni şəhərində yerləşən Təşkilat Komitəsində reyd keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Nəşr axtarışın səbəbini açıqlamayıb.

Təşkilat Komitəsinin əməkdaşlarının müstəntiqlərlə əməkdaşlıq etdiyi vurğulanır.

Qeyd edək ki, Paris-2024 26 iyul - 11avqustda təşkil olunacaq.