Messinin Amerikada debüt edəcəyi tarix bilindi

 19:17 20.06.2023     527

Argentina millisinin futbolçusu Lionel Messinin yenicə transfer olunduğu ABŞ-ın "İnter Mayami" klubunda debüt edəcəyi tarix bəlli olub.

Redaktor.az ESPN-ə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu yeni komandasında ilk oyununu iyunun 22-də keçirəcək.

Həmin gün Mayami təmsilçisi Liqalar Kuboku turnirinin qrup mərhələsi çərçivəsində Meksikanın "Krus Asul" kollektivi ilə qarşılaşacaq.

Qeyd edək ki, Lionel Messi "İnter Mayami"yə Fransanın PSJ klubundan keçib.

Vumart və Güvən reklamı Vumart Güvən