Azərbaycanda peşkar klub üçün 300 manat təklif edildi

 21:35 20.06.2023     519

 

2022/23 mövsümündə Region Liqasında yarımfinala qədər irəliləyən, növbəti "sezon"da isə yeni yaradılan İkinci Divizionda iştirak etmək hüququna yiyələnən "Şəki Siti" klubuna müştəri var.

Redaktor.az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən iş adamlarından biri bölgə klubuna sahiblənmək istəyir. Bu məqsədlə Şəki təmsilçisi üçün 300 min manat təklif olunub. Həmin şəxsin kimliyi barədə hələ ki məlumatımız olmasa da, təklif qüvvədədir.

Məsələ ilə bağlı "Şəki Siti"nin CEO-su və baş məşqçisi Elgün Hüseynov "Offsideplus.az"a xəbəri təsdiqləyərək, təklif aldıqlarını söyləsə də,  klubu satmaq niyyətində olmadıqlarını bildirdi:

"Bəli, bugünlərdə bizə 300 min manat məbləğində təklif olub. Lakin klubu satmaq niyyətimiz yoxdur. Şəkidə futbol adına canlanma yaratmaq, rayonumuzu yeni mövsümdən İkinci Divizionda layiqincə təmsil etmək istəyirik. Məqsədimiz Şəkidə futbolu inkişaf etdirmək, gələcəkdə Avropa arenasına çıxmaqdır. Hər zaman çalışacağıq ki, Şəkidə olan istedadları üzə çıxaraq və onların inkişafına töhfə verək".