Ronaldodan növbəti tarixi uğur
Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo növbəti dəfə dünya futbolunun tarixinə düşüb.
Redaktor.az xəbər verir ki, 38 yaşlı forvard yığmada 200 matç keçirən ilk oyunçu olub.
Təcrübəli hücumçu bunu səfərdə İslandiya ilə AVRO-2024-ün seçmə mərhələ görüşündə meydana çıxmaqla bacarıb.
Qeyd edək ki. Ronaldo Portuqaliya millisində 2003-cü ildə debüt edib. Yığmanın heyətində 122 qol vuran futbolçu Avropa çempionatının qalibi (2016) və Millətlər Liqasının qalibi (2018/2019) olub.