Şotlandiya - Gürcüstan oyunu güclü yağış səbəbindən dayandırıldı

 23:30 20.06.2023     392

Futbol üzrə Avropa çempionatının seçmə turnirinin Şotlandiya və Gürcüstan milli komandaları arasında keçirilən oyunu güclü yağış səbəbindən dayandırılıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Şotlandiya komandasının mətbuat xidməti məlumat yayıb.

Qlazqoda keçirilən görüş 10-cu dəqiqədə 1:0 hesabı ilə Şotlandiya komandasının xeyrinə dayandırılıb.

“Matçın rəsmisi güclü yağışdan sonra meydançanı təmizləməyə vaxt vermək üçün oyunu 20 dəqiqə dayandırıb”, - deyə məlumatda bildirilir.

Komandalar A qrupunda yer alıb. Şotlandiya 3 oyundan 9 xalla birinci yerdədir. Gürcüstan komandası 2 oyundan sonra 4 xalla ikinci pillədə qərarlaşıb.

Turan İSMAYIL