“Qarabağ”ın Çempionlar Liqasındakı mümkün rəqibləri müəyyənləşib

 12:38 21.06.2023     299

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.

Redaktor.az xəbər verir ki, bugünkü püşkatmada “Linkoln” (Cəbəllütariq) – “Qarabağ” cütü birinci qrupda yer alacaq.

Təmsilçimizin yer aldığı cüt səpələnmiş olacaq. Qurban Qurbanovun yetirmələri mərhələ adlasa, üç variantdan biri ilə qarşılaşacaq.

Ağdamlılar “Jalgiris” (Litva) – “Struqa” (Şimali Makedoniya), “Rakuv” (Polşa) – “Flora” (Estoniya) və ya “Olimpiya” (Sloveniya) – “Valmiera” (Latviya) cütünün qalibi ilə görüşə bilər.

Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq (apa).