UEFA Joze Mourinyonu cəzalandırdı
UEFA İtaliyanın "Roma" komandasının baş məşqçisi Joze Mourinyonu cəzalandırıb.
Redaktor.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna portuqaliyalı mütəxəssisin Avropa Liqasının finalında İspaniya "Sevilya"sına uduzduqları oyundan sonrakı davranışı səbəb olub.
Final fitindən sonra matçın ingiltərəli baş hakimi Entoni Teyloru təhqir edən 60 yaşlı çalışdırıcı avrokuboklarda 4 oyunluq diskvalifikasiya cəzası alıb.
Qeyd edək ki, "Sevilya" - "Roma" görüşünün əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq (4:1) oynayan İspaniya təmsilçisi 7-ci dəfə Avropa Liqasının qalibi olub.