Məşhur türk futbolçu "Barselona"ya keçdi
Almaniya millisinin və İngiltərənin "Mançester Siti" komandasının futbolçusu İlkay Gündoğan İspaniya "Barselona"sına keçib.
Redaktor.az xəbər verir ki, bu barədə italiyalı tanınmış insayder Fabritsio Romano paylaşım edib.
Onun sözlərinə görə, 33 yaşlı türkəsilli yarımmüdafiəçi ilə Kataloniya təmsilçisi arasında danışıqlar müsbət yekunlaşıb.
Təcrübəli oyunçu yeni klubu ilə 2+1 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, İlkay Gündoğan 2016-cı ildən "Mançester Siti"də çıxış edirdi. Onun "şəhərlilər"lə sözləşməsi iyunun 30-da başa çatacaq.