Avropa Oyunlarının açılış mərasimi keçirilir - VİDEO

 23:39 21.06.2023     307

Polşada III Avropa Oyunlarının açılış mərasimi keçirilir.

Redaktor.az xəbər verir ki, mərasim Krakovda yerləşən “Miejski” stadionunda təşkil olunur.

Tədbir ev sahibi Polşanın bayrağının stadiona gətirilməsi ilə start götürüb. Bayraq Polşa himninin sədaları altında xüsusi hazırlanmış dirəkdə təntənəli şəkildə ucaldılıb.

Xatırladaq ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda, II Avropa Oyunları isə 4 il sonra Minskdə təşkil olunub.