Azərbaycanda futbolçu qəzaya düşdü

 15:03 22.06.2023     405

“Qəbələ” futbol klubunun oyunçusu Emil Səfərov Zaqatalada qəzaya düşüb.

Redaktor.az xəbər verir ki, gənc oyunçunun idarə etdiyi “Niva” markalı avtomobil qarşıdan gələn “VAZ-2107” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində E.Səfərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Klubdan bildirilib ki, E.Səfərovun hər hansı xəsarəti yoxdur və o, hazırda evdədir.

Vumart və Güvən reklamı Vumart Güvən