Sergen Yalçın "Neftçi"yə "sağ göstərib sol vurdu"...

 15:12 22.06.2023     354

Türkiyəli baş məşqçi Sergen Yalçının "Neftçi"nin sükanı arxasına keçidi baş tutmayıb.

Redaktor.az "Sabah" nəşrinə istinadən xəbər verir ki, tərəflər ötən gün Bakıda keçirilən görüşdə maliyyə şərtlərində razılığa gələ bilməyiblər.

Həmçinin, Konfrans Liqası və Azərbaycan Premyer Liqası ilə bağlı hədəflərdə də fikir ayrılığı yaşanıb.

Qeyd edək ki, "Neftçi" daha əvvəl baş məşqçisi Laurentsiu Regekampfla müqaviləyə vaxtından əvvəl xitam verib.

Bu arada Türkiyə mətbuatında Sərgən Yalçının "Fənərbağça"nın prezidenti Əli Koçla razılaşdığı barədə də xəbərlər paylaşılıb.