Ali Koçun Rusiya sevgisi - Yoxsa "Qazprom"un pulları...
Türkiyənin "Fənərbaxça" futbol klubunun prezidenti Ali Koç Rusiya haqda danışaraq özünü onun Avropada yeganə müdafiəçisi adlandırıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Fotospor” klub prezidentinə istinadla yazıb.
“Avropada Rusiyanı müdafiə edən yeganə şəxs mənəm. “Zenit”lə münasibətlərə böyük əhəmiyyət verirəm”, - A.Koç deyib.
Xatırladaq ki, 2023-cü ilin yazında “Zenit” və “Fənərbaxça” bir-biri ilə əməkdaşlıq müqaviləsi imzalayıb və iyulda komandalar Sankt-Peterburqda mövsümöncəsi turnirdə çıxış edəcəklər.
Bundan başqa, "Fənərbaxça" "Zenit"ə yaxınlaşmasınıən arxasında maddi maraqlar da var.
Ali Koç Rusiyanın “Qazprom” şirkətinin onun klubunun sponsoru olmasını istəyir.
Tunar Altunbay