Avropa Oyunlarının ikiqat qalibi: “Çox xoşbəxtəm”
“Çox xoşbəxtəm. Karateçilərimiz 2 qızıl, 1 bürünc medal qazandılar. Hamını təbrik edirəm”.
Redaktor.az xəbər verir ki, bunu “Report”a III Avropa Oyunlarında qızıl medal qazanan Azərbaycanın qadın karateçisi İrina Zaretska deyib.
68 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı final görüşünün çətin keçdiyini bildirib: “Mənim üçün prinsipial rəqib idi. Son saniyələrdə dönərək ayaqla vurduğum zərbə mənə qələbə qazandırdı. Bakıdakı Avropa Oyunlarında da belə olmuşdu”.
O, sonda Azərbaycanı çox sevdiyini söyləyib: “Hamınızı öpürəm”.
Qeyd edək ki, İrina Zaretska Avropa Oyunlarının ikiqat qalibidir.