Coşqun Diniyev təzə transfert etdiyi oğlunu Türkiyəyə yola saldı

 23:22 23.06.2023     326

"Səbail" bir neçə gün öncə "Zirə"dən transfer etdiyi Coşqun Diniyevlə yollarını ayırıb.

Redaktor.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi karyerasını Türkiyədə - "Ümraniyespor"da davam etdirəcək.

Diniyevin "Səbail"lə müqaviləsində xarici ölkə təmsilçisindən təklif alacağı təqdirdə, "dənizçilər"dən hər hansı şərt olmadan ayrıla biləcəyi barədə müvafiq bənd yer alıb.

"Ümraniyespor" ötən mövsümün sonunda Super Liqa ilə vidalaşıb. Gələn “futbol ili”nə TFF I Liqada başlayacaq İstanbul klubu Coşqunla 1+1 illik müqavilə imzalayıb.

Onun “Səbail”i qəfil tərk etməsi, əslində, atası ilə bağlıdır.

Belə ki, Şahin Diniyev oğlunu komandaya gətirəndən sonra media və sosial şəbəkələrdə bu keçid haqda yazılanlardan həm narahatləq keçirib, həm də məyus olub.

Xoşagəlməz söz-söhbətlərin ardı-arasının kəsilməyəcəyindən ehtiyatlanan baş məşqçi Coşqunun burada qazandığından (illik 150 min manat) daha aşağı məbləğə Türkiyəyə yollanmasına şərait yaradıb.