Legionerlər Rusiyanı tərk etməyə hazırlaşırlar

 16:05 24.06.2023     312

Rusiyada çıxış edən əcnəbi futbolçular ölkəni tərk etməyə hazırlaşırlar.

Redaktor.az yerli mətbuata istinadən xəbər verir ki, onları bu addımı atmağa vadar edən baş verən iğtişaşlardır.

Bildirilib ki, vəziyyət düzəlməyəcəyi təqdirdə, Premyer Liqa klublarının legionerləri yaxın günlərdə Rusiyadan ayrılacaqlar. Hazırda istirahətdə olan oyunçular isə qayıtmaq barədə düşünmürlər.

Qeyd edək ki, Rusiyada ordu ilə “Vaqner” silahlıları arasında baş verən döyüşlər bir çox tədbirlərin ləğvinə səbəb olub.