""Barcelona"da olduğum kimi deyiləm" - Messi

 09:01 25.06.2023     351

Argentinalı futbolçu Lionel Messi keçmiş klubu "Pari Sen-Jermen"in ötən mövsüm kubok uğrunda mübarizə apara bilməməsinin səbəbini açıqlayıb.

Redaktor.az "RMS Sport"a istinadən xəbər verir ki, hücumçu deyib ki, bir neçə il əvvəl "Barselona"da olduğu kimi oynamır.

PSJ 2022/23 mövsümündə Fransa çempionu olub, lakin 1/8 final mərhələsində Çempionlar Liqasından kənarlaşdırılıb.

İyunun 3-də Messi Fransa çempionatının 38-ci turunda "Klermon"a qarşı meydana daxil olaraq PSJ-nin heyətində son matçına çıxıb.

Futbolçunun parislilərlə müqaviləsi iyunda başa çatıb, o, ABŞ-nin "İnter Mayami" klubuna keçib.