“Ad günün mübarək əfsanə" - Mbappe Messini belə təbrik etdi

 10:10 25.06.2023     292

PSJ futbol klubunun hücumçusu Kilian Mbappe “İnter Mayami”nin oyunçusu Lionel Messini 36 yaşı münasibətilə təbrik edib.

Redaktor.az xəbər verir ki, parisli futbolçu instaqramda yazıb:

“Ad günün mübarək əfsanə. Sənə ailən və dostlarınla ən yaxşı gün arzulayıram. Parisdə birlikdə keçirdiyimiz bu 2 il üçün təşəkkür edirəm.

Bir oyunçu, komanda yoldaşı, rəqib və insan kimi səndən çox şey öyrəndim. Bunun üçün sənə təşəkkür edirəm. Yeni macəranda uğurlar”.