“Real Madrid” ulduz futbolçu ilə müqaviləni uzatdı

 22:07 26.06.2023     251

Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç “Real Madrid”lə müqaviləsini 2024-cü ilə qədər uzadıb.

Redaktor.az gazeta.ru-ya istinadla xəbər verir ki, 37 yaşlı futbolçu mövsüm bitdikdən sonra Səudiyyə Ərəbistanından bir neçə komandadan təklif alsa da, Madriddə qalmaq üçün çoxmilyonluq şəxsi müqavilələrdən imtina edib.

Qeyd edək ki, Modriç 2012-ci ildən “Real Madrid”də çıxış edir. 2022/23 mövsümündə o, “kral klubu”nun heyətində bütün yarışlarda 51 oyuna çıxıb, 6 qol vurub və 6 məhsuldar ötürmə edib.

“Transfermarkt” onu 10 milyon avro dəyərində qiymətləndirir.