Azərbaycanlı referi UEFA-dan yeni təyinat aldı

 12:09 27.06.2023     286

Azərbaycanlı FİFA referisi Elçin Məsiyev UEFA-dan yeni təyinat alıb.

Redaktor.az xəbər verir ki, o, Çempionlar Liqasının birinci təsnifat mərhələsinin “Jalqris” (Litva) - “Struqa” (Şimali Makedoniya) matçını (ilk oyun) idarə edəcək.

Ona Elşad Abdullayev, Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim isə Kamal Umudlu olacaq.

UEFA rəsmi saytında azərbaycanlı hakimlərin təyinatını təsdiqləyib.

Vumart və Güvən reklamı Vumart Güvən