Azərbaycanda bodibildinq və fitnes üzrə beynəlxalq yarış keçirildi

 19:00 27.06.2023     454

25 iyun 2023-cü il tarixdə lNBA Qlobal Avrasiya və lNBA Qlobal Azərbaycan birliyinin təşkilatçılığı ilə natural bodibildinq və fitnes üzrə "CASPIAN NATURAL CUP" beynəlxalq turniri keçirilib.

Redaktor.az xəbər verir ki, turnirdə əvvəlcə Vətən Müharibəsi Şəhidlərinın xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra dövlət himni səsləndirilib.

Daha sonra Baku Band qrupunun və Arximed Təlim Tədris Mərkəzinin rəqs qruplarının çıxışları tamaşaçılara təqdim olunub. 

Turnirdə Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının sədri, Xəzər İsayev lNBA Qlobal Azərbaycan birliyinin fəaliyyətinin idmanda ədələt prinsiplərinin qorunmasına müsbət təsir etdiyini bildirib. 

Sonra Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının Ədalət prinsiplərinə sadiq hakim naminasiyası üzrə diplomu lNBA Qlobal Avrasiya və lNBA Qlobal Azərbaycan birliyinin prezidenti, beynəlxalq dərəcəli idman ustası və hakim Elnur Şıxəliyevə, Ədalət prinsipinə sadiq məşqçi naminasiyası üzrə diplom lNBA Qlobal Azərbaycan birliyinin məşqçisi Vurğun Mütəllimova, Ədalət prinsipinə sadiq idmançı naminasiyası üzrə diplom lNBA Qlobal Azərbaycan birliyinin idmançısı Nihat Qaracayevə təqdim olunub.

lNBA Qlobal Avrasiya və lNBA Qlobal Azərbaycan birliyinin prezidenti Elnur Şıxəliyev çıxış edərək yarışın mahiyyəti haqqında məlumat verib və yarışı açıq elan edib.

CASPIAN NATURAL CUP turnirində paytaxtın və regionların müxtəlif idman klublarından 100 - ə yaxın atlet mübarizə aparıblar.

"Kids Fitness" kateqoriyasında uşaqların mübarizəsində 1-ci yarış qrupunda "Vitr Fitness" klubunun atleti Leyla Quliyeva 1-ci, "Vitir Fitness" klubunun digər təmsilçiləri Dəryanur Ələkbərova 2-ci yerə, Nilay Məmmədli isə 3-cü yerə layiq görülüb.

"Kids Fitness" kateqoriyasında uşaqların mübarizəsində 2-ci yarış qrupunda "Fit lady" klubunun atleti Mələk Cəbrayılova 1-ci yerə, "Fit Lady" klubunun digər təmsilçiləri Leyla Balayeva 2-ci yerə, Aylin Bayramova isə 3-cü yərə layıq görülüb.
"Women's Sport" Model kateqoriyasında xanımların mübarizəsində "Gold Fitnes" klubunun atleti Tatyana İvanenko qızıl medala, "Natural Fitnes" klubunun idmançısı Şarifinik Hananeh gümüş medala, "Roof - fitnes" klubunun atleti Səadət Abdullayeva bürünc medala layıq görülüb. 

"Men's Sport" Model kateqoriyasında "CF Fitnes" klubunun yetirməsi Rüfət Kərimov 1-ci, Zaqatala rayonu təmsilçisi Ramazan Soltanov 2-ci, "Roof-fitnes" təmsilçisi İsmayıl Hüseynli 3 - cü yerə layıq görülüb. 

"Men's Fizik" kateqoriyasında yeniyetmələrin mübarizəsində Sumqayıt təmsilçisi Nihad Bünyadov 1-ci yerə, "Roof Fitness" klubunun təmsilçisi Aslan Osman 2-ci yerə, Cabbarzadə Fərrux 3-cü yerə layıq görülüblər. 

"Men's Fizik" kateqoriyasında 23 yaşa qədər oğlanların mübarizəsində Natural Fitness klubunun təmsilçisi Məcid Fruzandeh 1-ci yerə, "Roof Fitnes" klubunun təmsilçisi Niyaz Məmmədov 2-ci yerə, "CH Fitnes" klubunun təmsilçisi Əlimirzə Haşimov 3 yerə layiq görülüb. 

"Men's Fizik" kateqoriyasında boyu 175 sm qədər olan atletlərin mübarizəsində Natural Fitnes klubunun təmsilçisi Macid Fruzandeh 1-ci, Quba rayon təmsilçisi Nurlan Ağayev 2-ci, "Roof - fitness" klubunun təmsilçisi Niyaz Məmmədov 
3 - cü olub. 

"Men's Fizik" kateqoriyasında boyu 175 sm-dən yuxarı olan atletlərin mübarizəsində "Oksigen" gym təmsilçisi Aleksandr Farmanov 1-ci, "CH Fitnes" təmsilçisi Əlimirzə Həşimov 2-ci, "Lion Fitnes" təmsilçisi Əli Ələkbərov 3-cü olub.


"Men's" atletika kateqoriyasında "Natural Fitnes" klubunun təmsilçisi Lari Mehdi 1-ci, Naxçıvan təmsilçisi Hakim İsayev 
2-ci, "Natural Fitnes" klubunun digər təmsilçisi Məhəmməd Amin 3 - cü olub. 

"Men's Klassik Fizik" kateqoriyasında 23 yaşa qədər oğlanların mübarizəsində Sumqayıt təmsilçisi Nihad Bünyadov qızıl medala, "CH Fitness" təmsilçisi Haşimov Əlimirzə gümüş medala, "Roof-fitnes" təmsilçisi Aslan Osman bürünc medala sahib olub. 

"Men's Klassik Fizik" kateqoriyasında kişilərin mübarizəsində Siyəzən rayon təmsilçisi Xudadar Həmidov 1-ci yerə, "Natural Fitnes" təmsilçisi Lari Mehdi 2-ci yerə, Naxçıvan təmsilçisi Hakim İsayev 3-cü yerə sahib olub.

Sonda "Men's Fizik" və "Men's Klassik Fizik" kateqoriyalarında Mütləq Çempion müəyyənləşib. 

"Men's Fizik" kateqoriyasında Natural Fitness təmsilçisi Maced Fruzandeh və "Men's Klassik" Fizik kateqoriyasında Siyəzən rayon təmsilçisi Xudadar Həmidov mütləq çempion adına layıq görülərək peşəkar liqaya vəsiqə qazanıblar.

2222222222