İdmançımız Avropa Oyunlarında ardıcıl üçüncü qələbəni qazandı
Azərbaycanın qadın badmintonçusu Keyşa Fatimə Zəhra Polşada təşkil olunan III Avropa Oyunlarında qrup mərhələsində ardıcıl üçüncü qələbəsini qazanıb.
Redaktor.az xəbər verir ki, idmançı fərdi kateqoriyada qrupdakı son görüşündə almaniyalı Li İvonnanı üstələyib.
Rəqib ilk hissəni öndə tamamlasa da, əzmkarlıq göstərən Keyşa Fatimə Zəhra 2:1 hesablı (17:21, 21:18, 21:17) qələbə qazanıb.
Daha əvvəl qrupdakı ilk iki duelində də qalibiyyət sevinci yaşayan Azərbaycan badmintonçusu 1/8 final mərhələsinə yüksəlib. Növbəti raundun görüşü iyunun 29-da keçiriləcək.