“Qarabağ”ın yeni braziliyalı futbolçusu ilk məşqinə çıxdı - FOTO

 20:18 28.06.2023     308

“Qarabağ”ın transfer etdiyi Portuqaliyanın “Çaveş” klubunda çıxış edən braziliyalı futbolçu Juninyonu ilk məşqə çıxıb.

Redaktor.az xəbər verir ki, bu barədə klub sosial şəbəkə hesabında paylaşım edib.

Məlumata görə, Ağdam klubu 27 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəfə 500 000 avro təzminat ödəyib.

İddiaya görə, “Qarabağ” “sambaçı”nı hələ ötən yay heyətinə qatmaq istəyib. Lakin müəyyən səbəblərdən transfer baş tutmayıb.

Qeyd edək ki, Juninyo daha əvvəl ölkəsinin “Atletiko Paranaense”, “Portimonense”, “Villa Nova” komandalarında, həmçinin Portuqaliya “Eştoril”ində çıxış edib. O, “Çaveş”in heyətində 76 oyuna 12 qol vurub.