Azərbaycan millisi FIFA reytinqində irəlilədi

 15:48 29.06.2023     452

Azərbaycan millisi FIFA reytinqində 3 pillə irəliləyib.

Redaktor.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda hazırda 1143 xalla 121-ci sırada qərarlaşıb.

Buna yığmanın AVRO-2024-ün seçmə mərhələsində Estoniya ilə (1:1) heç-heçə etməsi səbəb olub.