"Fənərbağça" əlindən çıxdı - “Neftçi”yə xəbər göndərdi...
Dünən "Fənərbağça"nın yeni baş məşqçisi bəlli olub.
Redaktor.az xəbər verir ki, İstanbul təmsilçisi İsmail Kartalla 1 illik müqavilə imzalanıb.
İsmail Kartal 2014/2015 mövsümündə və 2022-ci ildə komandanın sükanı arxasında olub.
Bu təyinat “Neftçi”ni yaxından maraqlandırmalıdır. Çünki bakılıların Bakıya dəvət etdiyi Sərgən Yalçın “sarı-lacıvərdlilər”ə namizəd göstərilirdi.
Sabiq “Beşiktaş”lı yaxınlarda ölkəmizdə səfərdə olarkən, məhz “Fənər”dən təklif aldığını dilə gətirmişdi. Kartalın üçüncü dəfə geri qaytarılması ilə onun bütün planlarının dəyişdiyini söyləyə bilərik.
Bizdə olan son bilgiyə görə, Sərgən Yalçın təkrar SOCAR rəhbərliyi ilə əlaqə yaradıb. Türkiyəli çalışdırıcı Azərbaycanda işləməyə hazır olduğunu bildirib.
Sadəcə, müəyyən şərtləri var ki, onların yerinə yetirilməsini istəyir. Bunlardan biri də komanda ilə bağlı məsələlərdə bütün səlahiyyətlərin ona verilməsidir.
2021-ci ilin dekabrından bəri iş tapmayan mütəxəssis transfer əməliyyatlarında tamamilə sərbəstlik tələb edib.
Mövcud heyətlə nəticə qazanmağın mümkün olmadığını bidirən Sərgən Yalçın Türkiyədən yeni futbolçuların gətirilməsi üçün büdcənin artırılmasını da şərt olaraq irəli sürüb (sportinfo.az).