Ruslar bu ölkədə keçiriləcək yarışlara buraxılmayacaqlar
Rusiyalı idmançılar Çex Respublikası ərazisində keçirilən hər hansı turnir və matçlarda iştirakdan kənarlaşdırılıb. Məlumata görə, bu barədə hökumətin iyunun 28-də keçirilən iclasında qərar verilib.
Redaktor.az "İzvestiya"ya istinadla xəbər verir ki, qadağa Rusiya Federasiyasını təmsil edən ayrı-ayrı idmançıların və idman komandalarının Çex Respublikası ərazisində təşkil olunan idman yarışlarında, matçlarda iştirakına aiddir. Eyni zamanda, çexiyalı idmançılar da Rusiya ərazisində yarışlarda iştirak edə bilməzlər.
Beləliklə, Rusiya faktiki olaraq 2024-cü ildə Çex Respublikasında keçiriləcək hokkey üzrə dünya çempionatında iştirak edə bilməyəcək.