Millimiz Avropa Oyunlarında mübarizəni dayandırdı

 15:16 30.06.2023     420

Bu gün Polşada keçirilən 3-cü Avropa Oyunlarında qılıncoynatmanın şpaqa kişilər və sablya qadınlarda komanda yarışlarına start verilib.

Redaktor.az xəbər verir ki, Kənan Əliyev, Barat Quliyev və Ruslan Həsənovdan ibarət şpaqa üzrə kişilərdən ibarət millimiz ən güclü 1/8 final görüşünə çıxıblar.

Estoniya yığması ilə qarşılaşmada 41:43 hesabı ilə məğlub olan millimiz mübarizəni dayandırıb.