UEFA “Barselona” ilə bağlı qərarını AÇIQLADI
UEFA “Barselona”ya Çempionlar Liqasında oynamağa icazə verib.
Redaktor.az sports.ru-ya istinadla xəbər verir ki, bunadək Kataloniya klubu İspaniya Kral Futbol Federasiyasının Hakimlər Texniki Komitəsinin vitse-prezidenti vəzifəsində çalışmış Xose Mariya Enrikes Neqreyraya ödənişlərə görə korrupsiyada şübhəli bilinirdi.
Məlumata görə, 2001-2018-ci illərdə Neqreyra Kataloniya klubundan 7,3 milyon avro alıb.
UEFA müstəntiqləri məsələ ilə bağlı daxili araşdırmalarını başa çatdırıblar.
Dərc edilmiş hesabatda “Barselona”nın 2023/24 mövsümündə Çempionlar Liqasında iştirakına icazə veriləcəyi bildirilib.
Xatırladaq ki, baş məşqçi Xavinin komandası ötən mövsüm La Liqanın qalibi olub.