Fabreqas karyerasını başa vurdu
İspaniya millisinin sabiq futbolçusu Sesk Fabreqas peşəkar karyerasını başa vurub.
Redaktor.az xəbər verir ki, 36 yaşında futbolla vidalaşan yarımmüdafiəçi qərarını sosial şəbəkə hesabından etdiyi paylaşımla açıqlayıb.
"Bu xəbəri böyük kədərlə elan edirəm. Fərqli klublarda keçirdiyim hər gün mənim üçün dəyərlidir. Bu, heç vaxt unuda bilməyəcəyim bir səyahət idi. Mənə kömək edən hər kəsə, bütün ailəmə təşəkkür edirəm", - Fabreqas yazıb.
Qeyd edək ki, Sesk Fabreqas karyerası ərzində İspaniyanın "Barselona", İngiltərənin " Arsenal" və "Çelsi", Fransanın "Monako" və İtaliyanın "Komo" komandalarında çıxış edib.