Gürcüstan-İsrail matçının qalibi penaltilər seriyasında bilindi
U-21 milli komandaları arasında Avropa çempionatı davam edir.
Redaktor.az xəbər verir ki, bu gün yarışda 1/4 final mərhələsinə start verilib. İlk oyun çempionatın sürpriz komandası Gürcüstanla İsrail arasında olub. Tiflisdəki Boris Payçadze adına stadionda keçirilən görüşün əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib.
Burada daha dəqiq olan İsrail 4:3 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Xatırladaq ki, Avropa çempionatına Gürcüstan və Rumıniya ev sahibliyi edir. Çempionata iyulun 8-də yekun vurulacaq.