Ötən mövsümün ən yaxşı futbolçuları açıqlandı

 11:41 02.07.2023     581

İspaniyanın “Marca” nəşri 2022/23-cü il mövsümünün ən yaxşı futbolçularının reytinqini təqdim edib.

Redaktor.az xəbər verir ki, ilk yerdə “Mançestr-Siti”nin hücumçusu Erlinq Holland qərarlaşıb.

"Şəhərlilər"in təmsilçisi ötən mövsüm 52 oyunda 52 qol vurub, 9 məhsuldar ötürmə edib.

İkinci yerdə “İnter Mayami”nin hücumçusu Lionel Messi, üçüncü yerdə Madridin "Real" klubunun braziliyalı hücumçusu Vinqer Vinisius yer alıb.

İlk beşlikdə PSJ-nin hücumçusu Kilian Mbappe və “Mançestr-Siti”nin belçikalı oyunçusu Kevin de Brüyne var.