Mbappe "Real"a keçir?

 14:49 02.07.2023     425

PSJ-nin hücumçusu Kilian Mbappe gələn həftə "Real Madrid"ə keçəcək.

Redaktor.az xəbər verir ki, bu barədə iyunun 30-da jurnalist Fransua Qalardo Twitter-də yazıb.

Jurnalistin məlumatına görə, tərəflər 24 yaşlı fransalı hücumçunun transferi üçün müqavilənin bütün şərtlərini razılaşdırıblar. Lakin transferin məbləği açıqlanmır.

Bundan əvvəl, iyunun 26-da PSJ-nin futbolçu Mbappedən gələcəyi ilə bağlı dəqiq cavab almaq istədiyi: müqaviləni yeniləyəcək, yoxsa komandadan getmək qərarına gəldiyi bildirilmişdi.

İyunun 14-də Fransa prezidenti Emmanuel Makron futbolçunu PSJ-də qalmağa razı salmaq niyyətində olduğunu açıqlayıb. Bir gün əvvəl Mbappe klubla müqavilənin uzadılmasını müzakirə etmədiyini açıqlayıb.

Futbolçunun müqaviləni yeniləmək fikrində olmadığı haqda iyunun 12-də Fransanın "L'Equipe" qəzeti məlumat yayıb. Onun PSJ ilə müqaviləsi 2023/24 mövsümünün sonunda başa çatır. Klub Mbappenin 2024-cü ildə "Real Madrid"ə keçəcəyinə inanırdı.

Qeyd edək ki, Mbappe 2018-ci ilin yayında PSJ-yə keçib. O, Liqa 1 klubunda 260 oyun keçirib, 212 qol vurub və 98 məhsuldar ötürmə edib.

Turan İSMAYIL