Stend atıcılarımız III Avropa Oyunlarını medalsız başa vurdular

 17:35 02.07.2023     270

Azərbaycanın stend atıcıları Polşada təşkil olunan III Avropa Oyunlarını medalsız başa vurublar.

Redaktor.az xəbər verir ki, qadın atıcıların trap növündə komanda yarışında çıxış edən Aydan Camalova, Ülviyyə Eyvazova və Alina Rafixanova medallar uğrunda mübarizə aparıblar.

Təmsilçilərimiz 187 xal toplayıb və altı yığma arasında beşinci olublar.

Bununla da atıcılarımız finala yüksələ bilməyiblər.

Qeyd edək ki, atıcılıq yığmamız Avropa Oyunlarında medal qazana bilməyib (Azərtac).