"Əl-Hilal" Neymara 250 milyon avroluq müqavilə təklif edir

 10:35 03.07.2023     338

Səudiyyə Ərəbistanının "Əl-Hilal" futbol klubu Fransanın Paris Saint-Germain (PSJ) klubunun braziliyalı hücumçusu Neymara ümumilikdə 250 milyon avroya 3 illik müqavilə təklif edib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin "Fanatik" portalının jurnalisti Yakup Çinar tviter hesabında yazıb.

Mənbənin məlumatına görə, futbolçu üçün İngiltərənin “Mançester Siti” və “Çelsi” klubları da müraciət edib. Mayın 31-də "Foot Mercato" Neymarın Səudiyyə Ərəbistanı komandasının 400 milyon avroluq təklifini rədd etdiyini bildirib.

Neymarın 31 yaşı var, 2017-ci ildə İspaniya "Barselona"sından 222 milyon avroya rekord məbləğə PSJ-yə keçib. Hücumçu Fransa yığmasının tərkibində 173 oyun keçirib, 118 qol vurub, 77 məhsuldar ötürmə edib. Futbolçu PSJ ilə birlikdə 4 dəfə ölkə çempionatının çempionu və ölkə Superkubokunun qalibi olub, 3 dəfə Fransa Kubokunu və iki dəfə Fransa Liqa Kubokunu qazanıb.

Neymar karyerası ərzində Braziliyanın “Santos” və “Barselona” klublarında oynayıb, onlarla Çempionlar Liqası, UEFA Superkuboku və Klublararası Dünya Kubokunu qazanıb. Həmçinin, hücumçu klubun tərkibində üç dəfə İspaniya kubokunu, iki dəfə ölkə çempionatında və bir dəfə Superkubokda qalib gəlib. Neymar Braziliya millisində 124 oyuna çıxıb, 77 qol vurub və 56 məhsuldar ötürmə edib. Futbolçu Pele ilə birlikdə millinin bombardiridir.

Turan İSMAYIL