Erməni idmançıdan azərbaycanlı rəqibinə qarşı tərbiyəsizlik - VİDEO

 23:53 03.07.2023     621

Gürcüstanda keçirilən “Batumi Open” beynəlxalq karate turnirində erməni idmançı azərbaycanlı rəqibinə qarşı tərbiyəsizliyi ilə diqqət çəkib.

Redaktor.az xəbər verir ki, hadisə təmsilçimiz Alika Semixova ilə erməni rəqibi arasında keçirilən final görüşündə baş verib.

Belə ki, idmançımız əsas vaxtda Ermənistan təmsilçisinə 2:0 hesabı ilə qalib gəlib. Bundan sonra bəzi ritualları yerinə yetirib tatamidən çıxmaq istəyib. Bu zaman məğlubiyyəti həzm edə bilməyən erməni idmançı Alikaya yaxınlaşaraq ona yumruq zərbəsi endirib.

Buna baxmayaraq, Alika təmkinli davranıb, öz idmançı mədəniyyətini nümayiş etdirib.

Qeyd edək ki, hadisə Yaponiyadan gələn Dünya Şotokan Karate Federasiyasının prezidenti Hitoşi Kasuya Senseyin gözləri önündə baş verib. Buna baxmayaraq, Ermənistan təmsilçisinin gümüş medalı əlindən alınmayıb. Təmsilçimiz isə qızıl medal qazanaraq Azərbaycan bayrağını yüksəldib.