"Qəbələ" heyətini israilli futbolçu ilə gücləndirib

 19:54 04.07.2023     364

Yeni mövsümə hazırlaşan "Qəbələ" heyətinə daha bir futbolçu qatıb.

Redaktor.az klubun saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" Gilad Avramovun keçidini rəsmiləşdirib.

İsrailli yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

23 yaşlı futbolçu peşəkar karyerasına 2018/2019 mövsümündə ölkəsinin "Hapoel" (Hadera) klubunda başlayıb. Son beş mövsümü bu komandada keçirən yarımmüdafiəçi 118 oyunda 5 qol vurub.