Çağlar Söyüncü “Atletiko” ilə müqavilə imzalayacaq - FOTO

 20:52 04.07.2023     451

Çağlar Söyüncü azad agent kimi “Atletiko”ya keçidini tamamlamaq üçün Madridə gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Onun sözlərinə görə, futbolçu ilə müqavilə hələ fevral ayında razılaşdırılıb.

Sənədin 2027-ci ilin iyun ayına qədər olacağı bildirilib.