Mahir Emreli "Dinamo"da qala bilər
Azərbaycan millisinin futbolçusu Mahir Emreli hazırda çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasında qala bilər.
Redaktor.az xəbər verir ki, Zaqreb təmsilçisinin yeni baş məşqçisi İqor Bişçan 26 yaşlı hücumçunun xidmətində maraqlıdır.
İddiaya görə, mütəxəssis cinahlarda cəld və təhlükəli olan, yüksək qol duyumuna malik forvardı komandasında saxlamaq istəyir.
Həmçinin, yeni mövsümün startına az vaxtın qalması və ehtiyat qüvvənin yetərincə olmaması çalışdırıcının Emreliyə daha çox şans verməsinə səbəb ola bilər.
Qeyd edək ki, Mahir Emreli ötən mövsümün ikinci hissəsini icarə əsasında Türkiyə "Konyaspor"unda keçirib. Onun yenidən icarəyə veriləcəyi barədə xəbərlər yayılıb.(report)