Erməni təxribatı ilə üzləşən idmançı: "Azərbaycan xanımı kimi öz mədəniyyətimi göstərdim"
“Yarışa yığma komanda olaraq həm fiziki , həm də psixoloji səviyyədə yüksək hazırlaşmışdıq”.
Redaktor.az xəbər verir ki, bunu Gürcüstanda keçirilən “Batumi Open” beynəlxalq karate turnirində erməni təxribatı ilə üzləşən “Samuray Karate” klubunun üzvü Alika Semixova bildirib.
Onun sözlərinə görə, ardıcıl olaraq üç qələbədən sonra finalda erməni rəqibi ilə üzləşib:
“Əsas vaxtda Ermənistan təmsilçisinə 2:0 hesabı ilə qalib gəldim. Rəqibimin uyğun olmayan hərəkətinə baxmayaraq, mən Azərbaycan xanımı və idmançısı kimi öz mədəniyyətimi göstərdim. Biz qalib ölkə və qalib xalqıq. Fəxr edirəm ki, azərbaycanlıyam”.
Alika Semixova erməni idmançıdan bu cür hərəkət gözləmədiyini də bildiribbildirib (report).