PSJ baş məşqçi ilə yollarını ayırdı

 14:16 05.07.2023     239

Fransanın PSJ futbol klubu baş məşqçisi Kristofer Qaltye ilə yollarını ayırıb.

Redaktor.az xəbər verir ki, Paris təmsilçisinin rəsmi saytının yaydığı məlumata görə, 57 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Qeyd edək ki, fransalı baş məşqçi ötən ilin yayında klubla iki illik sözləşmə imzalamışdı.

İddialara görə, PSJ-nin yeni baş məşqçisi ispaniyalı Luis Enrike olacaq.