"Sabah" oyunçusu ilə vidalaşdı
"Sabah" futbolçusu Bəxtiyar Həsənalızadə ilə yollarını ayırıb.
Redaktor.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı müdafiəçi ilə ötən mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.
Təcrübəli oyunçu 2021-ci ilin yanvarndan Bakı təmsilçisində çıxış edirdi. O, "Sabah"ın heyətində 58 oyun keçirib və 3 qola imza atıb.