Ukrayna futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün namizədliyini verəcək

 23:59 06.07.2023     308

İspaniya, Portuqaliya, Mərakeş və Ukrayna 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün birgə ərizə təqdim edəcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bBu barədə cümə axşamı Fransanın "L'Equipe" qəzeti məlumat yayıb.

Dörd ölkənin birgə iddiası Beynəlxalq Futbol Federasiyası (FİFA) tərəfindən seçilərsə, 2030-cu il turniri iki qitədə keçiriləcək ilk dünya çempionatı ola bilər.

5 oktyabr 2022-ci il tarixində məlum olub ki, İspaniya Kral Futbol Federasiyası və Portuqaliya Futbol Federasiyası 2030-cu il dünya çempionatına ev sahibliyi etmək üçün Ukrayna Futbol Assosiasiyasını birgə iddiaya daxil edib. Martın 10-da “The Athletic” nəşri 2030-cu il dünya çempionatına iddiada Ukraynanı Mərakeşin əvəzləyəcəyini yazıb. Martın 14-də Mərakeş İspaniya və Portuqaliyanın təklifinə qoşulmaq qərarına gəlib.

2022-ci ilin iyununda İspaniya və Portuqaliya 2030-cu il Dünya Çempionatına ev sahibliyi etmək üçün rəsmən iddia qaldırıb. Turnirin ev sahibi 2024-cü ilin üçüncü rübündə müəyyənləşməlidir.

Turan İSMAYIL