"Real Madrid" Arda Gülərlə müqavilə imzaladı - FOTO

 14:07 07.07.2023     345

İspaniyanın "Real Madrid" klubu Türkiyə millisinin futbolçusu Arda Gülərlə müqavilə imzalayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

18 yaşlı yarımmüdafiəçi 6 illik sözləşməyə qol çəkib. Türkiyəli oyunçu yeni komandasında 24 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Arda Güler "Real Madrid"ə "Fənərbağça"dan transfer olunub.

22