Azərbaycanlı futbolçu "Ararat"la oyunlar üçün sifariş olundu
Albaniyanın "Eqnatiya" klubu yenicə transfer etdikləri Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlini Ermənistanın "Ararat" klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin oyunları üçün sifariş edib.
Redaktor.az xəbər verir ki, bu barədə 28 yaşlı hücumameylli yarımmüdafiəçinin "report"a açıqlama verib. Vingerin sözlərinə görə, Avropa futbol qurumuna göndərilən iştirak ərizəsində onun da adı var:
"Amma Ermənistandakı ilk matça gedib-getməyəcəyim hələ bəlli deyil. Əlimdən gələni edib özümü yaxşı tərəfdən göstərməyə çalışacağam ki, "Ararat"a qarşı oynamaq şansı qazanım".
Qeyd edək ki, Vüsal İsgəndərli "Eqnatiya" ilə 3 illik müqavilə imzalayıb. Albaniya klubu "Ararat"a qarşı ilk oyununu iyulun 13-də səfərdə, cavab matçını isə 1 həftə sonra evdə keçirəcək.