İngiltərə millisi Avropa çempionu oldu - FOTO
İyulun 8-də Gürcüstanın Batumi şəhərindəki “Batumi Arena”da 21 yaşadək futbolçular arasında Avropa çempionatına yekun vurulub.
Redaktor.az xəbər verir ki, final oyununda İspaniya və İngiltərənin müvafiq yaş qruplarından ibarət yığmaları qarşılaşıb.
Həlledici görüşdə 1:0 hesablı qələbə qazanan İngiltərə komandası “Avro-2023”ün qalibi olub.
Qeyd edək ki, bu, İngiltərə millisinin 21 yaşadək futbolçular arasında Avropa çempionatında 3-cü çempionluğudur.
Çempionat Gürcüstan və Rumıniyada keçirilib (Azərtac).