"Qızıl top"un sahibi vəfat etdi - FOTO

 19:49 09.07.2023     639

1964-cü ildə futbol üzrə Avropa çempionu və 1960-cı ildə “Qızıl top”u qazanan Luis Suarez vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyası məlumat yayıb.

Bildirilir ki, o, 88 yaşında vəfat edib. Suarez karyerası ərzində yarımmüdafiəçi kimi çıxış edib. 

Futbolçu "Barselona", "İnter" və "Sampdoriya Genoa"da oynayıb və İtaliya çempionatına keçən ilk ispaniyalı futbolçu olub. Suarez ikiqat İspaniya, üçqat İtaliya çempionudur.

2