Avropada 14 medal qazanmış idmançılarımız vətənə QAYITDI

 22:24 09.07.2023     338

Moldovada keçirilən ağırlıqqaldırma üzrə 15 və 17 yaşlı yeniyetmələr arasında Avropa birinciliyində uğurlu çıxış etmiş Azərbaycan yığma komandası Bakıya qayıdıb.

Redaktor.az xəbər verir ki, idmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşlər, federasiya rəsmiləri və jurnalistlər qarşılayıblar.

Qeyd edək ki, ağırlıqqaldıranlarımız Avropa birinciliyində - 14 medal (8 qızıl, 4 gümüş və 2 bürünc) qazanıb.