Hədəfim Olimpiya çempionu olmaqdır - Azərbaycanlı idmançı

 23:47 09.07.2023     348

“Yarış çox yaxşı keçdi. Yüksək səviyyədə hazırlaşmışdıq. Altı rəqibimi üstələyib çempion oldum”.

Redaktor.az xəbər verir ki, bu sözləri Azərbaycanın yeniyetmə ağırlıqqaldıranı Hüseyn Heydərov Moldovanın paytaxtı Kişineuda keçirilən Avropa birinciliyindəki çıxışı barədə danışarkən deyib.

Üç qızıl qazanan ağırlıqqaldıran gələcək hədəfləri barədə də danışıb: “Hədəfim dünya və Olimpiya çempionu olmaqdır. Qarşıdakı yarışlara hazırlaşacağam. Özümü daha da inkişaf etdirib, idmanda təsdiqləməliyəm”.

Qeyd edək ki, Azərbycan millisi Avropa birinciliyini 14 medalla (8 qızıl, 4 gümüş və 2 bürünc) başa vurub.(report)