Qurban Qurbanov: "Linkoln"u tam yaxından tanıya bilmədik"
"Linkoln"u tam yaxından tanıya bilmədik. Rəqibdə dəyişikliklər olub".
Redaktor.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Cəbəllütariqdə "Linkoln"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan öncə klubun rəsmi saytına açıqlamasında deyib.
51 yaşlı mütəxəssis bildirib ki, yeni mövsümün ilk matçında çatışmazlıqlar ola bilər: "Çalışacağıq ki, sabah çox səliqəli oynayaq. Meydan süni örtükdür. Onların qol vurma və oyunu idarə etmə bacarığı olan futbolçuları var. Diqqətli olmalıyıq. Çalışmalıyıq ki, düzgün və dəqiq oynayaq. Futbolçularımın bunu bacaracağına inanıram".
Təlim-məşq toplanışına da toxunan Qurbanov hazırlığın yaxşı keçdiyini vurğulayıb: "Futbolçular tam olaraq idman formasında deyillər, amma yaxşılığa doğru gedirlər".
Qeyd edək ki, iyulun 11-də "Viktoriya" stadionunda keçiriləcək "Linkoln" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.